top of page

           GÜNAHSIZ MƏHKUMLAR

Tale insanlarla bəzən acı zarafat edir. Səni ən əziz varlıqla, övladınla sınağa çəkir. Möcüzə kimi yolunu gözlədiyin körpə fiziki, ya əqli qüsurlu dünyaya gəlir. Bu zaman iki yolun var: Bədbinliyə qapılaraq özünün də, övladının da həyatını məhv etmək, ya da hər şeyə rəğmən nikbin, güclü olmağa çalışmaq, özünü də, övladını da yaşatmaq.

 

 

 

 

 

 

Onun adı Cəmilədir. O, daun sindromlu uşaqdır. Nənəsinin himayəsində qalır. Anası dini etiqadını üstün tutaraq, bölgələrin birində məsciddə yaşayır. Cəmilə Qayğı Sağlam Nəsil Naminə İctimai Birliyin nəzdində fəaliyyət göstərən Daun mərkəzində reabilitasiya keçir və eyni zamanda təhsil alır. Azərbaycanda Cəmilə kimi uşaqlar çoxdur. Ancaq təəssüf ki, onların hamısı təhsilə cəlb olunmayıb. Birliyin mətbuat xidmətinin əməkdaşı Xülya Cəfərovanın verdiyi məlumata görə, burada təxminın 160 nəfər qeydiyyatdadır. Ancaq gün ərzində onlardan 20-30 nəfəri müntəzəm olaraq dərslərdə iştirak edir.

Azərbaycanda hər 10000 uşaqdan 743-ü genetik xəstəliklə doğulur ki, bunların da yarıdan çoxunu daun sindromlu uşaqlar təşkil edir. Ümumən, 2016-cı ilin məlumatına görə, Azərbaycanda 2186900 uşaq qeydiyyata alınmışdır. Onlardan 4258 nəfəri fiziki və əqli cəhətdən qüsurlu uşaqlardır.        

 

 

Ölkəmizdə həmin uşaqlar üçün xüsusi məktəblər və internat məktəblərinin sayı 2016-2017-ci illərdə aşağıdakı infoqramda öz əksini tapmışdır.

 

Lakin bu problemin həlli yolu deyil. Sağlamlıq imkanları məhdud olan uşaqların ən böyük problemi onların özünə qapanaraq, cəmiyyətdən təcrid olunmalarıdır. Halbuki bizim qüsurlu insan kimi yanaşdığımız bu uşaqlar bəzən cəmiyyətin normal hesab etdiyi şəxslərdən daha istedadlı, düşüncəli olurlar. Heç bir günahı olmayan azyaşlıların öz iç dünyalarına qapanaraq məhkum həyatı yaşaması insanlığın ən böyük ədalətsizliklərindəndir. Burada ən böyük məsuliyyət toplumun yanaşma tərzidir. Problemi aradan qaldırmaq üçün Azərbaycan Respublikasının Prezidentinin 2015-ci il 19 yanvar tarixli sərəncamı ilə bağlı Fəaliyyət planına distant təhsilə xüsusi yer ayrılmışdır. Statistika Komitəsinin verdiyi məlumata görə, Azərbaycanda 568149 əlil və sağlamlıq imkanı məhdud olan şəxs qeydiyyata alınmışdır. Onlardan 65482- nəfəri 18 yaşadək olan şəxslərdir. 1105 nəfəri xüsusi təhsil məktəblərində, 2664-ü xüsusi internat məktəblərində təhsil alır. Evdə təhsil alan 9355 uşaqdan 210 nəfəri distant təhsilə qoşulmuşdur. Hazırda 268 uşaq inkluziv təhsilə cəlb olunub. Distant təhsilə cəlb edilmiş uşaqların 74-ü arasında sorğu keçirlilmişdir. Sorğunun məqsədi onların təhsildən nə dərəcədə razı qaldıqlarını öyrənməkdir. Aparılmış sorğunun nəticələrinə görə, onların internetə girişinin yüksək səviyyədə olması yoxlanılmışdır. İlk növbədə onların sosial-iqtisadi vəziyyəti öyrənilmişdir. Aşağıdakı diaqramlarda bir neçə parametr üzrə sorğunun nəticələrini nəzərinizə çatdırırıq.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Dediyimiz kimi, problemin həlli cəmiyyətin ona baxış bucağının dəyişməsindədir. Xanım İrina Xakamada kimi. Rusiya Dövlət Dumasının 3 çağırış deputatı Dumanın sədr müavini işləmiş xanım Xakamadanın 1997-ci ildə Mariya adlı qızı dünyaya gəlir.

 

 

 

 

 

 

 

 

Uşaq daun sindromu ilə doğulur. Xakamada, “mənim qızım yad planetlidir, paralel dünyadan gəlib”, deyə onu əzizləyir. Bu dərdi azmış kimi 2004-cü ildə 7 yaşlı Mariyada ağ qan xərçəngi xəstəliyi aşkar edilir. Valideynləri yenə də ruhdan düşmürlər. Xəstəliyi ilkin mərhələdə müalicə etməyə müvəffəq olurlar. Uşaq təhsilə cəlb edilir, musiqiə cəlb edilir. Atası qızına dağda xizək sürməyi belə öyrədir. Bu cür xəstələrə mərkəzi dayaq sisteminin fəaliyyətinə nəzarət etmək çox çəttindir. Bu səbəbdən daun xəstəsinin xizək sürməsi, rəqs etməsi, dayvinqlə məşğul olması fantastik xəyal kimi görünür. İndi Mariyanın 21 yaşı var. Zəngin kitabxanası, rəngarəng maraqları, sevdiyi insan, onunla bağlı işıqlı arzuları var.

 

Ən əsası isə ona qəribə nəzərlərlə baxan insanlara belə çox pozitiv yanaşır. Bu qız həyatı, insanları sevir. Hiss etdiklərimizin, ətrafa münasibətimizin bizim iç dünyamızın əksi olduğunu qəbul etsək, demək bu qız özünə dəyər verir. O qətiyyən özünü natamam hiss etmir. Mariya fərqlidir və xoşbəxtdir.

Ölkəmizdəki uşaqlar da Mariya kimi xoşbəxt ola bilərlər.

 

http://edu.gov.az/

https://www.stat.gov.az/source/demoqraphy/au/az/u002_17.xls

bottom of page